“Ölülər günü” qeyd olundu

Azərbaycan Dillər Universitetində Meksikanın “Ölülər günü” bayramı ilə bağlı tədbir keçirilib. Universitetin foyesində bayramın xüsusiyyətlərini əks etdirən stend qurulub.

Azərbaycan Dillər Universitetində Meksikanın "Ölülər günü" bayramı ilə bağlı tədbir keçirilib. Universitetin foyesində bayramın xüsusiyyətlərini əks etdirən stend qurulub.

Olaylar.az bildirir ki, Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bayramın yaranmasının tarixi kökləri, adət-ənənələri haqqında tələbələrə ətraflı məlumat verib.  İştirakçılar tərəfindən maraqla qarşılanan tədbirdə səfir bildirib ki, "Ölülər günü" bayramını meksikalılar hər il noyabrın 2-də qeyd edirlər. Bu gün hər bir meksikalının evində dünyasını dəyişən insanların şərəfinə süfrə açılır, onların sevdikləri musiqi səsləndirilir. Bu minvalla onlar ölülərin ruhunu hiss etməyə çalışırlar. Ölülərin məmnun qalmaları üçün sevdikləri təamları süfrəyə düzülür, ruhlarının inciməməsi üçün əllərindən  gələni edirlər.

Meksikalılar dünyadan köçən yaxınlarını unutmadıqlarını bu bayramla xatırladırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31