Universitetdə dəyirmi masa
5 Noyabr 2018 14:00 SosialAzərbaycan Dillər Universitetində "Atalar sözləri Azərbaycan tarixi və mədəniyyətinin aynası kimi" mövzusunda dəyirmi masa keçirilib. Olaylar.az bildirir ki, regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva atalar sözləri və məsəllərin şifahi xalq ədəbiyyatının bir qolu olduğunu deyib. Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov folklorşünaslıq, sənətşünaslıq və etnoqrafiya sahələrinin ayrıca fəaliyyət göstərməsinin təqdiqatlara əsaslı sürətdə mənfi təsir göstərdiyini bildirib. Milli Azərbaycan Tarix Muzeyinin şöbə müdiri Gülzadə Abdulova qeyd edib ki, atalar sözləri elə bir sahədir ki, onu nə qədər araşdırsan, yenə də tədqiqatlara ehtiyac duyulur. Daha sonra o, müəllifi olduğu "Atalar sözləri və xalq məsəlləri etnoqrafik duyum-yozum kontekstində" adlı kitabı haqqında ətraflı məlumat verib.
AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlil mənəviyyatla bağlı atalar sözlərindən, Regionşünaslıq kafedrasının dosenti Bəhmən Əliyev isə atalar sözlərində insan münasibətlərindən danışıblar. Onlar atalar sözlərinin etnoqrafik baxımdan araşdırılmasının zəruriliyindən söz açıblar.
Tədbirdə müxtəlif məzmunlu atalar sözlərinin əks olunduğu videoçarx nümayiş olunub