“Bir kərə yüksələn bayraq bir daha enməz” başlığı altında tədbir keçirildi

Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Neft Daşları qəsəbəsində "9 Noyabr - Bayraq Günü" ilə əlaqədar "Bir kərə yüksələn bayraq bir daha enməz" başlığı altında bayram tədbiri keçirildi.  Tədbir öncəsi YAP Pirallahı rayon təşkilatının sədri, YAP Pirallahı rayon təşkilatı Aparatın;n əməkdaşları, Neft Daşları NQÇİ-nin rəhbərliyi ümummilli lider Heydər Əliyevin  abidəsi önünə gül dəstələri qoydular. 

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatı sədrinin  müavini, Neft Daşları NQÇİ-nin rəisi Qoçalı Mahmudov bu günlərdə təsis olunmasının 100 illiyini qeyd etdiyimiz üçrəngli bayrağımızın hər bir azərbaycanlı üçün müqəddəs olmasından, ölkə başçısı cənab İlham Əliyevin dövlətçiliyimizin inkişafındakı xidmətlərindən danışdı.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxışında bildirdi ki, Dövlət rəmzi olmaqla yanaşı üçrəngli bayrağımız and yerimiz, qürurumuzdur. Dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı fəxrlə üçrəngli bayrağımızı başı üzərində dalğalandırır .

Sədr partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə YAP Pirallahı rayon təşkilatının bir qrup üzvünü Fəxri Fərmanla təltif etdi. 

Tədbir tanınmış müğənni Rüfət Axundov və digər incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı ilə davam etdirildi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31