“Vur, komandir, vur” frazası “Savaşçı” serialında - VİDEO
5 Noyabr 2018 09:06 SosialTürkiyədə yayımlanan "Savaşçı" serialında Azərbaycanla bağlı növbəti süjet yayımlanıb.
Olaylar.az "Ölkə.Az"a istinadən xəbər verir ki, bu barədə rejissor və aktyor Kənan MM məlumat verib. Serialda düşməni təqib edən yüzbaşı Bəxtiyar və leytenant Çiydəm onlara atəş açırlar. Bu zaman Kənan MM, yəni serialdakı yüzbaş Bəxtiyar Çiydəmə düşməni vurması üçün "Vur, komandir, vur" deyir.
Kənan MM bu barədə deyib:
"Mən bu serialda imkan olduqca Azərbaycan qəhrəmanlarını və yaşağıdğımız acıları hər kəsə öz sənətim vasitəsilə çatdırmaq istəyirəm. Burada bu o qədər də asan deyil. Bu səhnəni erməni helikopterini vuran komandirimizə həsr edirəm. "Vur, komandir, vur". Mənim də əlimdən bu gəlir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31