22 yaşlı hamilə qadın arı sancmasından şoka düşdü - SUMQAYITDA
4 Noyabr 2018 01:19 SosialSumqayıt şəhərində hamilə qadın şok vəziyyətinə düşüb. "Report"a istinadən xəbər verir ki, Corat qəsəbəsində yaşayan 1996-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Qarayeva Türkan Vaqif qızını arı sancıb.Nəticədə 6 aylıq hamilə olan qadın şok vəziyyətinə düşüb. Dərhal xəstəxanaya çatdırılan T.Qarayevanın vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.Bundan əvvəl Bakı sakini arı sancmasından ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31