İstanbuldakı tələbələrimiz Azərbaycanı belə təbliğ edib
2 Noyabr 2018 16:24 SosialTürkiyədə təhsil alan azərbaycanlı tələbələr qardaş ölkədə Azərbaycanın təbliğ edilməsi istiqamətində mühüm tədbir həyata keçiriblər. "OLAYLAR"-ın xəbərinə görə, tədbir İstanbul Universitetindəki Azərbaycan Kültür və Dayanışma Toplumu tərəfindən reallaşdırılıb. Belə ki, təhsil ocağının həyətində Azərbaycan və Türkiyə bayraqlarının da yer aldığı stend quraşdıran tələbələrimiz universitetdə təhsil alan xarici ölkələrdən olan gənclərə Azərbaycan barədə məlumat verib, onları maraqlandıran müxtəlif sualları cavablandırıblar. Həmçinin tələbələrimiz stendi ziyarət edən gəncləri Azərbaycan mətbəxinə qonaq edib, onlara şirniyyat məhsulları təqdim edib.
Azərbaycan Kültür və Dayanışma Toplumunun ölkəmizi tənıtım tədbiri iki gün davam edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31