“Azərbaycan qızları, göylərin ulduzları” –  Urmiyada Azərbaycan sədası/Video

İranın qadın voleybol komandaları arasında keçirilən çempionatda növbəti turun oyunları keçirilib.

Teleqraf.com xəbər verir ki, bu turda Güney Azərbaycanın Urmiya şəhərini yarışlarda təmsil edən "Durna" klubu Tehranın "Peykan" komandasını qəbul edib.

Görüşü tribunadan 2 mindən çox Güney Azərbaycandan olan azarkeş izləyib. Azarkeşlər görüşdə milli şüarlar səsləndirərək, İran hakimiyyətindən qadın haqlarının yerinə yetirməyi tələb ediblər.

"Durna" komandasının tərəfdarları oyunun 25-ci dəqiqəsində "Azərbaycan qızları, göylərin ulduzları, Stadionun yolları gözləyir onları / Aşiqanə, biz bu vətən aşiqi - Arxanızdayıq biz alarıq haqqınızı türk qızları / Türk qızları, Türk qızları..." şüarı səsləndiriblər.

Soydaşlarımız bu şüarı Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökumətinin qadınlara səsvermə hüququnu tanımasından ilham alaraq səsləndirdiklərini bildiriblər.

Qeyd edək ki, oktyabrın 26-da "Traktor"la "Sepidrud"un görüşündə də güneyli fəallar "Türk qızlarının yeri boş" şüarını səsləndirmişdilər.

Hazırkı İran coğrafiyasında qadınların səsvermə hüququ ilk dəfə 1946-cı ildə Azərbaycan Milli Hökuməti tərəfindən tanınıb.

Oyunun videogörüntüsünü təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31