Bakı metrosunda problem yarandı
2 Noyabr 2018 10:43 SosialBu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkəti ləngiyib.
Olaylar.az xəbər verir ki, bu barədə report-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, ləngiməyə səbəb Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatarda texniki problemin yaranması olub: "Maşinist həmin problemi 4 dəqiqəyə aradan qaldırıb. Buna görə də, ümumi hərəkətdə ləngimə yaranıb. Dərnəgül-Həzi Aslanov marşrutu üzrə hərəkət edən sərnişin çox olduğu üçün orada ləngimə daha çox hiss edilib, Dərnəgül-İçərişəhər marşrutunda isə demək olar ki, hiss edilməyib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31