Qalmaqallı teatrdan daha bir aktrisa GETDİ
2 Noyabr 2018 10:39 Sosialİrəvan Dövlət Azərbaycan Dram Teatrındı daha iki nəfər tərk edib.
Olaylar.az bildirir ki, "Ölkə.Az"ın məlumatına görə, direktor İftixar Piriyevin işdən çıxardığı aktyorlarla bağlı keçirdiyi imzatoplama kampaniyasında iştirak etməkdən boyun qaçıran rejissor assistenti Tural Xəlilzadə və aktrisa Şəbnəm Cəbrayılova işdən çıxmaqla bağlı ərizə yazıb. Hər iki şəxsin ərizəsi İ.Piriyev tərəfindən qəbul edilib.
Qeyd edək ki, sözügedən teatrda kollektivin bir qrupu ilə İ.Piriyev arasında illərdir münaqişə yaşanmaqdadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31