“Şərq” qəzetinin 22 yaşı tamam oldu
1 Noyabr 2018 16:47 SosialMüstəqil Azərbaycanın mətbuat tarixində özünəməxsus dəsti-xətt olan, maraqlı və obyetiktiv xəbər, eləcə də müəllif yazıları ilə həmişə diqqət çəkən, "Şərq" qəzetinin bu gün milli mətbuatımıza göz açdığı gündür.
22 il bundan öncə, noyabrın 1-də mətbuata qədəm qoyan qəzet illərin sınağından keçərək, öz adını,ləyaqətini qoruyub.
Qəzetin yaradıcı kollektivi də bütün çətinliklərə baxmayaraq həmişə qələmın müqəddəsliyinə və jurnalist adına ləkə gətirməməyə çalışıb.
Biz də Olaylar.az ailəsi olaraq həmkarlarımızı bu gözəl gün münasibətilə səmimi qəlbdən təbrik edir, onlara bundan sonra da tutduqları şərəfli və məsuliyyətli yolda tükənməyən güc, Zərdabi ənənələrinə sədaqət və daha uca zirvələr arzulayırıq.
Uğur sizi heç vaxt tərk etməsin!