Günay Yelmarqızına yeni vəzifə verildi
1 Noyabr 2018 16:08 SosialTanınmış teleaparıcı, CBC Televiziyasının Xəbərlər Redaksiyasının buraxılış redaktoru Günay Yelmarqızı işindən ayrılıb.
O, Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, 1999-cu ildən mətbuatda çalışır. Əmək fəaliyyətinə "525-ci qəzet"də başlayıb. 2002-ci ildən televziya və radio sahəsində çalışır. Fəaliyyəti müddətində AzTV, ATV, Lider TV-də müxtəlif vəzifələrdə işləyib. Bir müddət Lider Televiziyasının ABŞ-dakı xüsusi müxbiri vəzifəsində çalışıb.
Jurnalistika fakültəsini bitirib. BDU-da beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31