Qanunsuz ov edənlər saxlanılıb
1 Noyabr 2018 13:36 SosialBiləsuvarda qanunsuz ov edənlər saxlanılıb. Onlardan 2 ov tüfəngi və ovlanmış 3 cürə quşu götürülüb. "Olaylar" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində keçirilən reyd zamanı icazəsiz ov edən şəxslər saxlanılıb. Araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Şövqi Ağayev və Cavad Xankişiyev olduğu müəyyənləşib. Onlardan 2 ov tüfəngi və ovlanmış 3 cürə quşu götürülüb. Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, ümumilikdə 2015 manat məbləğində cərimə və ziyan tətbiq olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31