Fotoqraflar Birliyində “Açıq qapı” günü təşkil olunacaq

Noyabrın 4-də saat 14:00-da Azərbaycan Fotoqrafları Birliyi ənənəvi "Açıq qapı" günü tə.kil olunacaq. "Fotoqrafla görüş" də müxtəlif janrlarda işləyən fotoqraflar öz yaradıcılıqlarından bəhs edən fotolarını nümayiş etdirəcək. Tədbir bu günə kimi sosial şəbəkələrdə gördüyümüz fotoların necə çəkilməsi və müəlifin fikirlərini  tədbir iştirakşıları ilə bölüşməsi olacaq. Ən başlıcası isə sosial şəbəkələrdə olan həmkarlarımızla, dostlarımızla şəxsən tanış olmaq olacaq.
Tədbirdə Fəxriyyə Məmmədova Bursa Fotofestivalının iştirakındanvə festival haqqında, Rəsul Həsənov "Düha" adlı fotoillüstrasiya lahiyəsi barəsində geniş məlumat verəcək. Həmçinin görüş zamanı dünyasını dəyişmiş Əli Qafarovun həyat və yaradıcılıqı haqda xüsusi təqdimat olunacaq. Sonda sərbəst mövzularda fikir mübadiləsi və yaranmış suallara cavab veriləcək.
Tədbirdə iştirak sərbəstir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31