Ad gününə heç kim gəlməyən uşağa ilginc sürpriz edildi

Yad adamlar ad gününə heç kimin gəlmədiyi oğlana yardım ediblər.

Bu barədə "Yahoo News" saytı xəbər verib. 10 yaşlı Brodi Barronun ailəsi Böyük Britaniyadan Oklaxoma ştatına köçüb. Adətən onlar ad gününü avqust ayında keçirirdilər. Amma bu dəfə qərar veriblər ki, daha gec qeyd etsinlər. Çünki həmin vaxta qədər uşağın məktəbdə özünə dost tapması üçün vaxt qazanması lazım idi. Ştatın paytaxtındakı əyləncə mərkəzində keçirilən ad gününə uşağın 10 sinif yoldaşı dəvət edilmişdi. "Biz düşünmürdük ki, onların hamısı gələcək, amma aradan 30 dəqiqə keçəndən sonra başa düşdük ki, heç kim olmayacaq", - bunu da anası deyib.

Ailə bu durumu görüb, müəssisənin meneceri ilə məsləhətləşib. Sonuncu ona aşağıdakı kimi deyib: "Biz nə edə bilərik? Onun üçün çox gözəl bir gecə təşkil edə bilərik və siz bunun üçün heç bir sent də ödəməyəcəksiniz". Brodinin masası arxasında əyləncə mərkəzinin əməkdaşları toplaşıblar, onun üçün "Ad günün mübarək" mahnısını oxuyublar və hədiyyə veriblər. Bu zaman əyləncə mərkəzinə yer sifariş vermək üçün zəng edən bir qadın bu səsi eşidib və nə baş verdiyi ilə maraqlanıb. Ona deyilib ki, ad günü keçirən uşağın tədbirinə dostlarından heç kim gəlməyib. Qadın bunu eşidən kimi əyləncə mərkəzinə hədiyyələrlə gəlib. Brodi özünü məşhur kimi hiss edib və bu, onun həyatındakı ən gözəl gün olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31