. Ölkəmiz yeni rekorda imza atdı
1 Noyabr 2018 07:20 SosialAzərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub
Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan öılkəsi elan olunub. Dünya Bankının hazırladığı "Doing Business 2019" hesabatı ilə bağlı Bakıda mətbuat konfransı keçirilib. Mətbuat konfransında Prezident Administrasiyasının nümayəndəsi Vüsal Şıxəliyev Prezident İlham Əliyevin elan etdiyi kimi neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq islahatların daha da dərinləşdiyini bildirib. Onun bildirdiyinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin elan etdiyi kimi 2015-ci ilin sonlarından başlayaraq neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, ölkədə aparılan islahatlar mahiyyətcə yeni xarakter kəsb etmişdir. Aparılan iqtisadi islahatlar nəticəsində ölkənin maliyyə sabitliyi və iqtisadi artım b.rpa olunmuş, bir çox sahələrdə, xüsusən kənr təsərrüfatı, qeyri-neft sənayesində əhəmiyyətli irəliləyiş əldə olunub. Respublika prezidenti tərəfindən ölkədə sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusulə biznesə başlama, tikinti üçün iczaələrin alınması, elektrik təchizat şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş verib. Ölkə prezidentinin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparlan kompleks iqtisadi islahatlar digər nüfuzlu beynəlxalq reytinqlərlə yanaşı, "Doing Business 2019" hesabatının da bütün indikatorlarını əhatə edib. Nəticədə 2017 və 2018-ci ilin ilk 4 ayında təkcə hesabat üzrə 30-a yaxın normativ hüquqi akt qüvvəyə minməklə 70-dən çox islahat tədbiri həyata keçirilib və qeydə alınması üçün "Doing Business" komandasına təqdim edilib. Respublika prezidentinin rəhbərliyi altında jəyata keçirilən islahatlar "Doing Business 2019" hesabatında Azərbaycanın ümumi reytinqə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib. Belə ki, 2017-ci illə müqayisədə builki hesabatda Azərbaycanın yeri 32 pillə irəliləyib. 190 ölkə arasında 21-ci yerə yüksəlib. Tikinti üçün icazələrin alınması üzrə 100 pillə irəliləyib, biznesə başlama indikatoru üzrə ilk onluğa düşüb. Ümumilikdə 10 indikatordan 8-i üzrə Azərbaycanda irəliləyiş əldə edilib. MDB ölkələri arasında Azərbaycan 1-ci yeri tutub. Prezident Administrasiyasının nümayəndəsi qeyd edib ki, Azərbaycan ilk 10 islahatçı ölkə sırasına daxil olub və ən çox islahat keçirmiş ölkə elan olunub. Beləliklə Azərbaycan bu il ümumi reytinqdə yeni rekorda imza atıb. Onun sözlərinə görə, Azərbaycanın əldə etdiyi uğurlar Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin alternativsizliyini göstərir: "Bu uğurlar Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərinin əks etdirdiyini bir daha göstərməkdədir".
Onun sözlərinə görə, Dünya Bangının hazırladığı hesabat biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı retinq göstəricisi hesab olunur. "Doing Bisness" komandası ölkəər üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərdən toplanan sorğuya verilən cavablar əsasında qiymətləndirir. Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərir, islahatlar real praktikada yerində müvafiq meyarlarla araşdırılır. Nəticədə hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir. "Doing Business" hesabatı xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad olunan əsas retinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərindən hazırlanan hesabatlarda baza rolunu oynayır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, "Doing Bisness 2019"-cu il hesabatına görə, Azərbaycan MDB məkanında ən sürətlə irəliləyən ölkədir. Hazırda ölkəmiz bu hesabat üzrə 32 pillə irəliləyib. Bu nəticələr ölkəmizdə aparılan islahatların göstəricisidir: "Azərbaycan dünyada ən çox islahat aparan ölkəsidir. Azərbaycanda sonra ikinci yerdə Türkiyə, üçüncü yerdə Çin durur. Ən əsası odur ki, Azərbaycanın əldə etdiyi nailiyyət biznes həyatında hiss edilir. "Kiçik investorların maraqlarının qorunması" indikatoru üzrə dünyada ikinci yerə yüksəlib. " Biznesə başlama" indikatoru üzrə ilk onluğa düşməyə nail olub. Eyni zamanda "Əmək bazarının tənzimlənməsi" indikatoru üzrə də aparılmış islahatlar Dünya bankının ekspertləri tərəfindən qəbul edilib". V.Qasımlı bildirib ki, apardığı islahatlara görə Azərbaycan postsovet məkanında ikinci yerdədir. Dünyada isə Azərbaycan top islahatçı ölkə kimi dəyərləndirilib.
Alim