Xidmət yaşı çatmış hərbiçilər niyə reallıqla barışmaq istəmirlər?
31 Oktyabr 2018 18:44 SosialSon illər əksər dövlət strukturlarında çalışan yüksək və ya aşağı rütbəli məmurların pensiya yaşı çatması səbəbindən vəzifədən uzaqlaşdırılması, onların yerinə daha gənc və peşəkar kadrların cəlb edilməsi cəmiyyət tərəfindən müsbət qarşılansa da, vəzifə hərisliyi və kreslo aludəçiliyində olan bir çoxları bu reallıqla barışmaq istəmir, işdən çıxarılmasına müxtəlif bəhanələr gətirərək mediada vaxtı ilə təmsil olunduğu quruma qarşı qərəzli yazılar, məqalələr dərc edirlər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi tərəfindən pensiya yaşı çatdığı üçün işdən çıxarılan polkovnik Ağaverdi Fəttahov kimi. Bir müddət əvvəl xidmət yaşı çatdığı üçün vəzifədən uzaqlaşdırılan bu şəxsin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyinə qarşı iradları, bu qurumun ünvanına səsləndirdiyi ittihamlar cəmiyyətdə heç də normal qarşılanmayıb. Hərbi ekspert Üzeyir Cəfərov Ağaverdi Fəttahovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və onun rəisi Arzu Rəhimova qarşı apardığı kampaniyanı pisləyərək qeyd edib ki, onun üçün haqq-ədalət hər zaman hər şeydən üstün olub və bu prinsipə sadiq qalmağı özünə borc bilir: "Və mətbuatı izləyərək, xüsusən də güc strukturları ilə bağlı müxtəlif, həm müsbət, həm də mənfi məlumatları ictimailəşdirmişəm. 6 il bundan öncə yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ilə bağlı da həm müsbət, həm də tənqidi çıxışlarım olub. Amma, hazırda haqqında bəhs etmək istədiyim məsələdə mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovun haqlı mövqeyini müdafiə edirəm və səbəblərini də izah etməyə çalışacam. Hesab edirəm ki, hamı qanun qarşısında bərabər olduğuna görə, Xidmət rəisi olaraq generalın qəbul etdiyi qərara hörmətlə yanaşılmalı və digər şəxslər də qəbul olunmuş qərarın gələəckdə onlara da şamil edilməsinin vacibliyini unutmamalıdırlar".
Üzeyir Cəfərov deyib ki, çoxlarına artıq polkovnik Ağaverdi Fəttahov imzası yaxşı tanışdır: "Bu zabit yoldaşımız, o vaxt ehtiyatda olan polkovnik-leytenant kimi bir müddət bundan öncə həm yazılı, həm də video müraciətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hazırkı rəhbərliyi ilə bağlı narazılıqlarını dilə gətirib, uzun müddət mətbuatın gündəmini zəbt etmişdi. Və günlərin bir günü verilən xəbərlərdən biri o oldu ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov əsl kişilik və insanlıq nümunəsi göstərərək çoxsaylı qeyri-hökumət təşkilatları və hərbyönümlü təşkilat rəhbərlərinin də müraciətlərini nəzərə alaraq Ağaverdi Fəttahovu birbaşa rayon idarələrindən birinin rəisi kimi xidmətə çağırdı və ona tutduğu vəzifəyə uyğun olaraq bir müddət sonra polkovnik hərbi rütbəsi də verdi. Bunun özü Azərbaycan reallıqlarını bilən çoxları üçün, elə gizlətmirəm ki, şəxsən mənim özüm üçün də gözlənilməz olsa da, bu fakt idi. Və bu addımına görə mənim general Arzu Rəhimova hörmətim xeyli artdı. Daha sonra, generalın fəaliyyətini bir müddət tənqid edən adam kimi onun digər qərar və addımları ilə dərindən maraqlandığım vaxtı elə müsbət, elə pozitiv faktlarla üzləşdim ki, sadəcə bəzi hallarda ona qarşı haqsız olduğuma görə bir az özümü məzəmmət də elədim.
İndi isə baxıram artıq polkovnik Ağaverdi Fəttayev yenə həm yazılı, həm də video müraciətlə Xidmət rəhbərinin "qabırğasına" döşüyür. Çox üzülürəm belə hala. Axı bunun özü də böyük haqsızlız olmaqla yanaşı, həm də qanunlara hörmətsizlikdir". Hərbi ekspert qeyd edib ki, general Arzu Rəhimovun qəbul etdiyi qərarlara təkcə Ağaverdi Fəttadayev deyil, xidmətdə olmanın son yaşına çatan bütün zabit və gizirlər, MAXE-lər də, elə mülki şəxslər də sayğı ilə yanaşmağa borcludurlar: "Bu addım təkcə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində deyil, bütün güc strukturlarında tətbiq olmalıdır. Və mən Xidmət rəisi Arzu Rəhimovun bu addımını təqdir etməklə, digər rəhbər şəxslərə də nümunə kimi istifadə etmələrini tövsiyyə edirəm". Üzeyir Cəfərovun sözlərinə görə, gənc və perspektivli zabitlər zaman-zaman irəliyə çəkilməli, onlara şərait yaradılmalıdır ki, onlar həm vəzifə pillələrində, həm də hərbçi kimi özlərinə peşə seçdikləri sahələrdə rütbələrdə də artsınlar: "İndiki halda mən hörmətli polkovnik kimi ən yüksək hərbi rütbələrdən birinə məhz general-leytenant Arzu Rəhimovun imzası ilə layiq görülmüş Ağaverdi Fəttadayevə bir döyüş keçmiş zabit kimi məsləhət görərdim ki, o bütün bu xoş olmayan söz-söhbəti dayandırsın və hörmətli Xidmət ərisi ilə mehribancasına görüşüb, sağollaşsın. Bunun özüona polkovnik kimi şərəf gətirər. Həm də bir qədər sərt də olsa yazmalıyam ki, onun elədikləri indiki halda bir az nankorluq təsiri bağışlayır".