BSU-da Elmi Şuranın iclası keçirilib

Bakı Slavyan Universitetində (BSU) Elmi Şuranın iclası keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, iclasda "Azərbaycanda Təhsilin inkişafı üzrə Dövlət strategiası"na uyğun fənn kurikulumlarının tərtibi və tədris standartlarının tətbiqi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi xətti ilə keçirilən tədbirlər və bu istiqamətdə universitetdə görülən işlər, SABAH qruplarının fəaliyyəti və yeni tədris ili üçün qrupların formalaşdrılması, professor-müəllim heyəti üçün əlavə təhsil tədbirlərinin təşkili, pedaqoji ixtisaslar üzrə müəllimlərin işə qəbulu imtahanlarında məzunların iştirakı, nəticələr, IV kurs tələbələri ilə müvafiq tədbirlərin təşkili, istehsalat və pedaqoji təcrübənin keçirilməsi məqsədilə orta ümumtəhsil məktəbləri, baza müəssisələri ilə əlaqələrin qurulması və digər məsələlər müzakirə olunub.

Elmi Şuranın davamında Nurlana Əliyeva BSU-nun beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı İlyas Hüseynovu Rusiyanın Qaraçay-Çərkəz Respublikasının Arxız qəsəbəsində PRO natiqlik "Multikultural mühitdə ictimai çıxışların, danışıqların, debatların aparılması sənəti" adlı beynəlxalq elm-təhsil forumunda "Ən yaxşı natiq" nominasiyası üzrə I yer tutması münasibətilə təbrik edib. Rektor gənc natiqin fəaliyyətini yüksək qiymətləndirərək ona gələcək işlərində uğurlar arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31