AzTU da tələbələrə “3D qrafika”sı və “Coğrafi informasiya sistemləri” mövzularında seminar keçirilib

İnfoTech şirkətinin rəhbəri Tural Rəsulov və şirkətin Coğrafi informasiya sistemləri üzrə mütəxəssisi Abbas Abbaszadə Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrlə görüşüb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, seminarda iştirak edən AzTU-nun prorektoru, professor İsa Xəlilov seminarın mövzuları haqqında qısa məlumat verib və bu seminarın gələcəkdə tələbələrin karyera qurmaları üçün bir addım olduğunu bildirib.

Daha sonra İnfoTech şirkətinin təmsilçiləri tələbələrə "3D qrafikası" və "Coğrafi informasiya sistemləri" mövzularında seminar keçiriblər. Seminarda hər iki mövzunun bütün sahələri haqqında ətraflı məlimat verilib.

Tələbələr hər iki mövzunu maraqla dinləyiblər və onları maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31