Aİİ-də Yeni Azərbaycan Partiyasının özək təşkilatı yaradılıb

Azərbaycan İlahiyyat İnstitutunda Yeni Azərbaycan Partiyasının (YAP) ilk özək təşkilatının yaradılması ilə bağlı iclas keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, tədbirdə YAP-ın Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov, Aİİ-nin rektoru Ceyhun Məmmədov, İnstitutun partiyaya üzvlük üçün müraciət edən müəllim və işçi heyəti iştirak edib.

Aİİ rektoru C.Məmmədov bütün sahələrdə olduğu kimi, ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirildiyini qeyd edib. Rektor Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən dövlət-din siyasətinin uğurlarından danışıb. Ölkə Prezidentinin Sərəncamı ilə Aİİ-nin yaradılmasını bu istiqamətdə atılmış vacib addımlardan biri olduğunu nəzərə çatdıran İnstitut rəhbəri bu ali təhsil müəssisəsinin dövlətin xüsusi diqqət və qayğısı ilə tam əhatə olunduğunu bildirib. İclasda çıxış edən YAP Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov partiyanın yaranma tarixindən, təşkilatın qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın bu gün gördüyü işlərdən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışıb. İclasda Aİİ-nin Yeni Azərbaycan Partiyasının özək təşkilatının İdarə Heyətinin üzvləri müəyyənləşib və sədr seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31