Alman Bundestaqının nümayəndə heyəti Bakıda

Alman Bundestaqının nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub. Nümayəndə heyətinin ADU-ya səfərinin əsas məqsədi Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdü proqramında iştirak edəcək ən yaxşı iştirakçını seçməkdən ibarətdir. Berlin Humbolt Universitetinin təqdiqatlar üzrə vitse-prezidenti prof.dok. Peter Frenş və Almaniya Parlamentində şöbə müdiri Birgit von Pfluqdan ibarət nümayəndə heyəti öncə ADU-nun rektoru, akademik Kamal Abdulla ilə görüşüb. Qonaqları salamlayan rektor K.Abdulla bildirib ki, bu proqram hər iki tərəf üçün həddindən artıq maraqlıdır. Rektor qeyd edib ki, ADU-da alman dili və tarixi öyrənilir, müasir Almaniya ilə bağlı araşdırmalar aparılır.

Daha sonra qonaqlar tələbələrlə görüşüb və Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında təqdimatla çıxış ediblər. Bildirilib ki, Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdü (İPS) hər il ali məktəbi bitirən 7 nəfərə qədər azərbaycanlı gəncə Bundestaqın bir deputatının yanında çoxsaylı iş təcrübəsi keçərək parlamentar qərarvermə proseslərinə yaxından nəzər salmaq imkanı verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31