Eyni uşağa bərabər hamilə qalıb bəşəriyyətin tibb tarixinə keçdilər – İNANILMAZ...
31 Oktyabr 2018 07:18 SosialABŞ-ın Texas ştatında yaşayan lesbian cütlük eyni uşağı hamiləlik dövründə birlikdə daşıyan ilk cütlük olaraq tibb tarixinə keçiblər.
Moderator.az xəbər verir ki, cütlük indi 5 aylıq oğulları ilə çox xoşbəxt yaşasa da, bu onlar üçün asan bir proses olmayıb. Bildiyimiz kimi normal halda lesbian cütlüklərdən yalnız biri bioloji olaraq hamiləliyi yaşaya bilər. Ancaq bu dəfə süni mayalanma sayəsində hər iki qadın da mayalanmadan sonra oğullarını fiziki olaraq bədənlərində daşıyıblar.
Normal olaraq bir donordan alınan spermalarla qadınlardan biri hamilə qalır və proses digər tərəfin hər hansı bir təsiri olmadan tamamlanır və bu insan doğulan uşağı əslində yalnız övladlığa götürmüş olur. Bu hadisədə qadınlardan biri öz bioloji uşağının olmasını istəyən, ancaq hamilə qalmaq istəməyən tərəf olub. Ancaq eyni zamanda bir qadın kimi uşaq ilə ana arasındakı fiziki əlaqənin qurulmasına da əhəmiyyət verib.
Həkimlər mayalanan yumurtanın hüceyrə bölünməsi dövrünü laboratoriyadakı qurğunun yerinə qadının bədəninə yerləşdiriblər. Bu sayədə qadının bədəni mayalanmış yumurta üçün təbii bir inkubator vəzifəni görüb. Yumurta burada tam 5 gün qaldıqdan sonra rüşeym götürülərək dondurulub. Bu zaman digər qadın üzərində hormon müalicəsi aparılıb və hazır olduqda da rüşeym onun bədəninə transfer edilib.
Bundan sonra döl bütün böyümə prosesini ikinci qadının bədənində tamamlayaraq 4 kiloqram olaraq dünyaya gəlib. Beləliklə körpə bəşəriyyət tarixində doğumundan əvvəl iki qadın tərəfindən daşınmış ilk insan olub.