Zaur Xoşqədəmi ələ saldı
30 Oktyabr 2018 16:32 SosialAparıcı Zaur Baxşəliyevin canlı yayımda halı pisləşib. O, hipertonik kriz keçirib.
Zaur bu haqda "Zaurla Günaydın" verilişində deyib. O, hadisənin həftənin cümə günü "Bizimləsən" proqramında baş verdiyini söyləyib. Zaur hadisəni danışarkən həmkarı Xoşqədəm Hidayətqızına da söz atıb:
"Girdim qan təzyiqi krizinə, 1 saat efirə çıxmadım. Camaatın qabağında yıxılmadım ki, tutun məni gedirəm. Reytinqə işləmək istəmədim. Sonra insanların inamı qalmaz adama".
Qeyd edək ki, bir neçə gün əvvəl X.Hidayətqızının "Səni axtarıram" proqramında ürəyi getmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31