Gənclər üçün imtahana hazırlıq seminarı keçirilib
30 Oktyabr 2018 14:51 SosialSabunçu Gənclər Evində "İmtahana hazırlıq" seminarı keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, seminarın mövzusu gənclərin və yeniyetmələrin ali təhsil müəssisələrinə qəbul prosesi haqqında məlumatlanması olub. Seminarın təlimçiləri qismində Dövlət İmtahan Mərkəzində İctimaiyyətlə Əlaqələr şöbəsinin nümayəndəsi Taleh Məmmədkərimov və Rüfət Cahangirbəyli çıxış edib.
Seminarın iştirakçıları Sabunçu rayonunda yerləşən 40-a yaxın məktəbdən 200-ə yaxın şagird, həmçinin müəllimləri olub. Abituriyentlər və müəllimlər imtahana hazırlıq mərhələsində diqqət etməli olduqları tərəfləri öyrəniblər. Dövlət İmtahan Mərkəzinin nümayəndəsi tərəfindən verilən suallar ətraflı cavablandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31