“İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda konfrans keçiriləcək

Oktyabrın 31-də Bakıda "İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması" mövzusunda konfrans keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a BMT-nin Bakı ofisinin informasiya departamentindən daxil olub. Bildirilib ki,  konfransda təhsil Naziri Ceyhun Bayramov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və BMT-nin Rezident Əlaqələndiricisi/ BMTİP-in Rezident Nümayəndəsi Qulam M. İsaqzainin iştirakı nəzərdə tutulur.

Tədbir Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi ilə icra edilən "Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək" layihəsi çərçivəsində təşkil edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31