Cəmilə Əsgərova Rusiyada axtarışa verildi - Foto
30 Oktyabr 2018 12:05 SosialRusiya ağır cinayətlərdə ittiham olunan azərbaycanlı qadını beynəlxalq axtarışa verib.
Məlumata görə, Bakı şəhərində anadan olmuş, Rusiya vətəndaşı,1992-ci il təvəllüdlü Cəmilə Əsgərova qanunsuz silahlı qruplaşmada iştirakda təqsirli bilinir.
C.Əsgərova Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün "İnterpol"a müraciət edilib.
C.Əsgərova rus və ləzgi dillərini bilir./Report/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31