Məşhur qəzəlxan vəfat etdi
30 Oktyabr 2018 12:09 SosialGüney Azərbaycanın Ərdəbil vilayətindən olan məşhur qəzəl ustadı, "Sadiq" təxəllüsü ilə tanınan Əliəsgər Sadiqifər vəfat edib.
O, bu gün səhər saatlarında Təbrizdə xəstəxanada uzun sürən xəstəlikdən sonra 87 yaşında dünyasını dəyişib.
Mərhumun dəfn mərasimi bu gün Ərdəbilin Yasavul məscidində baş tutacaq.
Qeyd edək ki, Əliəsgər Sadiqifərin "Söyüdlər" adlı qəzəllər məcmuəsi, "Minayi şikəstə" adlı kitabı var.
kult.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31