Badamdarda çatların ölçüsündə artım olub - Qərargah
30 Oktyabr 2018 10:35 SosialBadamdar sürüşmə sahəsində monitorinqlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Olaylar.az-a verilən məlumata görə, sürüşmə zonasında 30 oktyabr saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.
Sürüşmənin yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması qeydə alınıb.
Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub. Yuxarı hissədə yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31