Bakıda Azərbaycan və Belarus hərbi topoqraflarının görüşü keçirilib

Bakı şəhərində Azərbaycan və Belarus hərbi topoqrafiya üzrə ekspertlərdən ibarət nümayəndə heyətlərinin işçi görüşü keçirilib. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qonaqlara naviqasiya, hidroqrafiya və hidrometeorologiya fəaliyyətlərinin yerinə yetirilməsi mövzusunda brifinqlər təqdim olunub, ordumuzda mövcud olan müasir texniki avadanlıqların imkanları nümayiş etdirilib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.

Tərəflər hərbi topoqrafiya, geodeziya və kartoqrafiya sahəsində təcrübənin öyrənilməsi və tətbiqi barədə fikir mübadiləsi aparıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31