“Mən Azərbyacanlıyam” milli intelektual telelayihəsinin qalibləri mükafatlandırılacaq
29 Oktyabr 2018 16:30 SosialOktyabrın 30-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının iclas zalında "Mən Azərbyacanlıyam" milli intelektual telelayihəsinin 8-ci mövsümünün mükafatlandırılması mərasimi keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, "Mən Azərbaycanlıyam" intellektual telelayihəsi Azərbaycanın təbliğinə həsr edilmiş ilk milli televiziya oyunudur. Məhz bu xüsusiyyətlərinə görə veriliş yerli teleməkanda özünə kifayət qədər tamaşaçı rəğbəti qazanıb. Layihəyə azərbaycanda yaşayan gənclər ilə yanaşı, dünyanın hər yerində yaşayan həmvətənlərimizin virtual qoşularaq iştirak etməsi üçün də imkan yaradılmış, bir neçə ölkədə təhsil alan və yaşayan gənclər oyunda iştirak edib.
Məlumat üçün bildiririk ki, ənənəvi olaraq təşkilatçı dövlət orqanları tərəfindən qaliblərə müxtəlif mükafatlar təqdim olunur.