Azərbaycanda şüa diaqnostikası şöbələrinin uşaq müəssisələrində yerləşdirilməsi qadağan edilib
29 Oktyabr 2018 14:06 SosialAzərbaycanda şüa diaqnostikası şöbələrinin (kabinetlərin), şüa terapiyası və radioizotop diaqnostikası laboratoriyalarının uşaq müəssisələrində (körpələr evi, uşaq bağçası, məktəblər) yerləşdirilməsi qadağan edilib.
Bununla bağlı "Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar"da dəyişiklik edilib.
Sənədi səhiyyə naziri Oqtay Şirəliyev imzalayıb.
İndiyədək bu qadağa yalnız yaşayış binalarına aid idi.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31