Reketçiliyə qarşı mübarizə hamının və hər kəsin vəzifəsi olmalıdır

Azərbaycanda mətbuatın sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsindən tutmuş jurnalistlərin sosial probleminin həllinə qədər bütün məsələlər demək olar ki, həllini tapıb.

Azərbaycanda mətbuatın sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsindən tutmuş jurnalistlərin sosial probleminin həllinə qədər bütün məsələlər demək olar ki, həllini tapıb. Qalır kütrləvi informasiya vasitələrinin, xüsusən də ayrı-ayrı jurnalistlərin təmsil etdikləri peşə etikasına riayət etməklə yüksək səviyyəli fəaliyyəti ortaya qoyması. Çox təəssüf ki, bəzi mətbuat orqanları yaradılmış imkanlardan yararlanaraq dövlət və milli maraqlardan çıxış etmək əvəzinə, hansısa xarici dairələrinin sifarişini icra etməyi üstün tuturlar. Sirr deyil ki, həm daxildə, həm də xaricdə müxtəlif siyasi dairələr jurnalistlərin   yaradıcılıq enerjisini öz məqsədlərinə yönəltməyə cəhd edirlər. Elə bu məqsədlə də xarici dairələr müxtəlif qrant layihələri ilə mediaya sızır və birbaşa Azərbaycan dövlətinə qarşı azərbaycanlı jurnalistlərin əli ilə fəaliyyət göstərirlər. Məsələ orasındadır ki, ölkədə mətbuatın sərbəst fəaliyyəti üçün yüksək səviyyədə şəraitin yaradılmasına baxmayaraq, hələ də bu təhlükəli tendensiyadan xilas olmaq mümkün olmayıb. Məsələnin ən yaxşı tərəfi həm də odur ki, dövlət jurnalistlərə göstərdiyi dəstəyin qarşılığında onlardan, ümumilikdə mətbuatdan nəsə istəmir, hansısa siyasi məqsəd güdmür. Əksinə, məqsəd jurnalistlərin sosial yüklərdən azad olaraq, daha obyektiv, daha azad şəkildə yaradıcılıq fəaliyyəti göstərməsidir.Yaxın keçmişdə baş vermiş Gəncə hadisələri zamanı səsləndirdiyimiz fikrin bir daha şahidi olduq. Belə ki, Gəncə hadisələrinin şişirdilməsi, baş verən proseslərin məcradan çıxarılaraq cəmiyyətin çaşdırılmasına yönəldilməsində xaricdən idarə olunan saytlar və sosial şəbəkələr müəyyən rol oynadılar. Nuraz.com, Abna.com, Aran.news, Qafqaz.ir, Rasthaber.com, Ru-clip.ru və sair  kimi saytlar Azərbaycana qarşı qərəzli kampaniyada xüsusi canfəşanlıq göstərdilər. Araşdırmalar deməyə əsas verir ki, bu yolu seçənlər əqidəcə zəif, maddiatı milli və dövlət maraqlarından üstün tutan insanlarsır. Məhz  pula olan hərislik bu qəbildən olan insanları hər cür çirkin yola vadar edir. Hətta insanlara böhtan atmaq, şantaj etmək yolu ilə maddi durumlarını təmin etməkdən belə çəkinmirlər. Belə "jurnalist"lərdən biri "Realliq.info" saytının baş redaktoru  İkram Rəhimov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Məlumata görə, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info" və digər "reket" informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-də araşdırılıb. Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb. İkram Rəhimov 26 oktyabr 2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Rəsmi məlumata görə, İkram Rəhimovun həbs olunmasına səbəb onun müxtəlif adlarla "reket" informasiya saytları yaradaraq, müntəzəm şəkildə  ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici, böhtan xarakterli məlumatlar yayması, bu qəbil materialların yayımın  dayandırılması müqabilində pul tələb etməsi,  bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması olub. Əldə etdiyimiz məlumata əsasən İkram Rəhimovun rəhbərlik etdiyi "reket"saytlar uzun illərdən bəri ayrı-ayrı şəxsləri, xüsusən iş adamlarını şantaj edərək maddi tələbatını ödəməklə məşğul olub. Onun barəsində Mətbuat Şurasına daxil olan çoxsaylı müraciətlərdən sonra fəaliyyəti araşdırılıb və faktlar təsdiqini tapıb. Mətbuat Şurası tərəfindən ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq çirkin fəaliyyətindən əl çəkməyib. Nəzarəti altında olan internet saytları bağlandıqda isə yeni domin adı ilə peyda olub. Hətta ona edilən xəbərdarlıqdan nəticə çıxarmaq əvəzinə, Mətbuat Şurasını hədəfə alaraq Şura üzvlərini şantay etmkdən belə çəkinməyib. Xatırladaq ki, Azərbaycanda sosial şəbəkələr və internetə heç bir məhdudiyyətin qoyulmamasından sui-istifadə edərək müxtəlif saytlar vasitəsi ilə insanları şantay etmək nə əxlaq, nə də qanunvericilik baxımından qəbul edilmir. Odur ki, "reket" jurnalistikaya qarşı mübarizə təkcə Mətbuat Şurasının deyil, eləcə də bütövlükdə cəmiyyətin işi olmalıdır. Daha doğrusu, reketçiliklə mübarizə prosesində vətəndaşlar da fəal iştirak etməlidirlər. Nəzərə almaq lazımdır ki, cəmiyyətin istənilən təbəqəsinin nümayəndələri "reket" jurnalistlərin hədəfinə tuş gələ bilərlər. Dövlət məmurundan tutmuş, regionlardakı iş adamlarına qədər çoxsaylı insanların əsassız şantaja məruz qalmaları barədə dəfələrlə məlmatların şagidi olmuşuq. Belə halda, vətəndaşların üzərinə düşən vəzifə onlara qarşı edilən haqsızlığa biganə qalmamaq, cəmiyyətə ləkə gətirən neqativ hallar barədə müvafiq orqanları məlumat verməkdən ibarət olmalıdır. Nəzərə almaq lazımdır ki, bu, hədəf seçilən hüquqi və fiziki şəxslərin özləri üçün vacib məsələdir. Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, hədəf seçilən qurumlar peşəkar media ilə çalışmalı, piar kampaniyanı yüksək peşəkarlıq səviyyəsində aparmalıdırlar: "Ayrı-ayrı bölgələrə səfərlər zamanı keçirilən görüşlərdə bir çox hallarda məlum olur ki, bölgələrdə fəaliyyət göstərən şəxslər, dövlət qurumlarının təmsilçiləri ölkəmizdəki peşəkar media qurumlarını tanımır, amma adı heç kimə məlum olmayan, ayda, ildə bir dəfə nəşr olunan, yalnız reketçiliklə məşğul olan saytları, qəzetləri tanıyırlar. Əslində bu problem onların özlərindən də qaynaqlanır". Baş redaktor vurğulayıb ki, piar işini peşəkar şəkildə qurmadıqda, şəffaflıq təmin olunmadıqda bu problemlər mütəmadi olaraq ortaya çıxacaq və əslində reket jurnalistikasının ortaya çıxması, daha da çiçəklənməsinə imkan yaradacaq: "Düşünürəm ki, Mətbuat Şurasının qəbul etdiyi qərarlar, açıqladığı nəticələr, yekun hesabatlar xüsusilə diqqət mərkəzində saxlanılmalıdır. Əgər Mətbuat Şurası reket nəşri "qara siyahı"ya salanda və ya onunla bağlı xəbərdarlıq dərc edirsə, bu, peşəkarların gəldiyi nəticəyə uyğun bir fəaliyyətdir. Təbii ki, biz onların fəaliyyətində cinayət tərkibi axtara bilmərik. Bu, hüquq mühafizə orqanlarının işidir. Amma onların fəaliyyətlərində peşə fəaliyyətinə uyğun gəlməyən bir sıra mühüm məqamlar ortaya qoyulursa, bu artıq bəllidir ki, onların fəaliyyəti jurnalistika deyil". Xatırladaq ki, Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiya fəaliyyət göstərir. Komissiyanın missiyası məhkəməyə qədərki müddətdə media orqanı ilə qarşı tərəf arasında yaranan mübahisənin qarşılıqlı anlaşma şəraitində çözülməsindən ibarətdir. İnsafən qeyd edilməlidir ki, sözgedən komissiya bu sahədə çoxsaylı nəticələr əldə edib. Amma o da faktdır ki, "Realliq.info" kimi fəliyyətini yalnız böhtan və şantay kompaniyası üzərində quran internet resursları da mövcuddur. Mətbuat Şurası isə həmin media qurumlarını "qara siyahı"ya salmaqdan savayı səlahiyyətə malik deyil. Etiraf edilməlidir ki, bu səlahiyyət "gözünü qan örtmüş", mətbuat üçün "qara yara" olan "reket" jurnalistikanı aradan qaldırmaq üçün yetərli deyil. Çünki, bu "cəza növü" ictimai qınaq statusundan o tərəfə keçmir. Belə halda reketçiliyə qarşı mübarizə hamının və hər kəsin vəzifəsi olmalıdır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31