"“Reket”in jurnalistikaya heç bir aidiyyəti yoxdur" - Ekspert

Hesab edirəm ki, reket jurnalist anlayışının ümumiyyətlə mətbuat sisteminə birbaşa aiddiyyəti yoxdur. Səhiyyədə, təhsildə, hüquq- mühafizə orqanlarında və digər qurumlarda fırıldaqçılar, şantajçılar olduğu kimi, jurnalistikanın adından istifadə edib raketçilik edənlər də var.

Bu sözləri media eksperti Qulu Məhərrəmli son günlər "reket jurnalistlər"lə bağlı görülən tədbirlərə münasibət bildirərkən deyib. O bildirib ki, bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır:

"Digər sahələrdə çalışan fırıldaqçılar ifşa olunduğu kimi, reketçiliklə məşğul olan jurnalistlər də ifşa olunmalıdır. Bu qanun pozuntusu və kriminal hadisə olduğu üçün bu işlə Mətbuat Şurası deyil, hüquq-mühafizə orqanlarının məşğul olması vacibdir".

Ekspert onu da qeyd edib ki tənqid yazan jurnalistlərlə reketləri qarışdırmaq olmaz:

"Əgər jurnalist faktlar əsasında nəsə yazırsa, buna "reket jurnalistika" demək olmaz. Reket jurnalistin konkret məqsədi olur. Onlar maddi maraqları üçün mətbuatın adından sui-istifadə edirlər və insanlara hədə-qorxu gəlirlər. Ona görə, reket jurnalistlərin jurnalistikaya aiddiyyəti yoxdur".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31