"Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” – Yeni layihə

"Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin maliyyələşdirdiyi "Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi" layihəsi çərçivəsində 24-25-26 Oktyabr 2018-ci ildə Saatlı rayonunda yerli QHT nümayəndələrin iştiraki ilə "İnsan Resurslarının İdarə Olunması" mövzusunda 3 günlük təlim keçirilib.

Cebhe.info xəbər verir ki, təlimin məqsədi ictimai birliklərə boş iş yerlərinin elan verilməsi, işə qəbul ərizələrinin və "CV"-lərin toplanması, işçilərin işə qəbul müsabiqəsinin keçirilməsi, işçinin iş təsviri, işə uyğun olaraq əmək və ya xidmət müqaviləsinin imzalanması, yeni işə qəbul olan işçinin sınaq müddəti, əmək və ya xidmət müqavilələrinə xitam verilməsi qaydaları və.s. qaydalarını əyani nümayiş etdirmək olub.

Təlimdə Sabirabad, Saatlı, İmişli, Beyləqan, Biləsuvar, Salyan, Lənkəran, Masallı, Hacıqabul rayonlarında fəaliyyət göstərən təşkilatların nümayəndələri iştirak edib.

3 gün ərzində təşkil olunan təlimdə iştirakçılar "İnsan Resurslarının İdarə Olunması" qaydaları ilə yaxından tanış olub. 

Yerli QHT-lərlə təlimlərin növbəti mərhələsi "Partnyor Təşkilatların Seçilməsi və birgə layihə təkliflərinin tərtibi" mövzusu ilə bağlı olacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31