ETSN: Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır
29 Oktyabr 2018 11:13 SosialBakının Səbail rayonunun Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sürüşmənin yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması və süxur qırıntılarının yamac boyu yerdəyişməsi qeydə alınıb.
Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub.
Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb.
TREND
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31