Qucaqlaşmaq əzələni gücləndirir – ELMİ TƏSBİT
28 Oktyabr 2018 11:32 SosialSevərkən və qucaqlaşarkən ifraz olunan oksitosin hormonu əzələləri gücləndirir və piylənmənin qarşısını alır.
Kaliforniya Universitetində elm adamlarının apardığı araşdırma zamanı "sevmək", yaxud "qucaqlaşmaq" hormonu kimi də tanınan oksitosinin yaşlı insanlarda əzələ gücləndirmək və piylənmənin qarşısını almaq kimi təsirə malik olduğu müəyyənləşib.Yaşlı siçanlara inyeksiya edilən bu hormonun təsirindən əzələlərinin gənc siçanlarda olduğu kimi yüzdə 80 daha sürətli gücləndiyi ortaya çıxıb.Yaş irəlilədikcə beyində daha az ifraz olunan oksitosin ana və uşağı arasındakı əlaqəni də gücləndirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31