Aparıcı Zaurun vəziyyəti PİSLƏŞDİ

Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində hipertonik kriz keçirib.

Publika.az xəbər verir ki, bu barədə aparıcı "Zaurla Günaydın" verilişinin bugünkü buraxılışında özü məlumat verib. O bildirib ki, hadisə 2 gün əvvəl "Bizimləsən"in çəkilişlərində baş verib.

"Bir saat efirə çıxa bilmədim. Çünki halım yaxşı deyildi. Verilişə çıxıb insanların üzərinə yıxılmaq istəmədim. Mən reytinqə işləmirəm, öz hayımda idim", - deyərək Z.Baxşəliyev reytinq naminə efirdə huşunu itirən həmkarlarına söz atıb.

Məlumat üçün bildirək ki, bir neçə həftə əvvəl aparıcı Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram" verilişində halı pisləşmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31