Yağış Badamdarda sürüşməni aktivləşdirdi - AÇIQLAMA
27 Oktyabr 2018 11:23 SosialBadamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan AZXEBER.COM-a verilən xəbərə görə, sürüşmə zonasında monitorinqlər davam etdirilir. Bildirilib ki, sürüşmə sahəsinin bir hissəsində avtomobil yoluna doğru torpaq kütləsində artım qeydə alınıb.
Düşən yağıntılar nəticəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub.
Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31