Badamdarda sürüşmə sahəsindəki süxur kütlələrinin yerdəyişməsi qeydə alınıb
26 Oktyabr 2018 11:07 SosialBadamdarda sürüşmə sahəsində monitorinqlər davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmə sahəsindəki süxur kütlələrinin yerdəyişməsi qeydə alınıb.
Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31