Hövsanda ağac qadınların üstünə aşdı - 3 nəfər yaralandı

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində güclü külək nəticəsində ağac aşıb və üç qadın yaralanıb.  Hadisə Olimpiya Kompleksinin yaxınlığında baş verib.

Belə ki, qadınlar skamyada əyləşən zaman ağac onların üzərinə aşıb. Qadınlar xəsarət alıblar. Onlardan birinin vəziyyəti ağırdır.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31