"Sofiya və pirlərdə nicat axtaran insanlar…" - Millət vəkili
24 Oktyabr 2018 15:52 SosialHonq Konqda yerləşən "Hanson Robotics" şirkətinin inkişaf etdirdiyi sosial humanoid robotu - Sofiyanın Azərbaycana gəlişi ölkəmiz üçün ancaq faydalı ola bilər.
Bu sözləri millət vəkili Fazil Mustafa deyib. Millət vəkili bildirib ki, Sofiyanın İmişlidə təqdim olunması qarşılıqlı texniki tərəqqinin Azərbaycanda nümayiş etdirilməsi baxımından faydalı bir addımdır:
"Sofiyanın gəlişi elmi diletantlığın bizi müəyyən dərəcədə mənasız məcraya sürüklədiyini göstərmək, ən əsası da texniki nailiyyətləri Azərbaycana nümayiş etdirmək baxımından mühüm əhəmiyyətə malikdir. Artıq pirlərdə nicat uman insanlar da dünyada elmi texniki tərəqqinin hansı səviyyədə olduğunu açıq şəkildə görəcəklər".
Millət vəkili Sofiyanın oktyabrın 26-da Heydər Əliyev Mərkəzində keçiriləcək "Global Influencer Day 2018" adlı tədbirə qatılmasını da təqdir edib: "Bu, Azərbaycanın dünyadakı imicinə müsbət təsir göstərəcək".
axar.az