At və eşşək əti satanlar ciddi şəkildə cəzalandırılmalıdır

Dində bu heyvanların əti haram sayılırmı?

Görülən qabaqlayıcı tədbirlər, həyata keçirilən əməliyyatlar nəticəsində insanlara yararsız ət və ət məhsulları, xüsusilə dana əti adı ilə at və ya eşşək əti satanlar aşkar edilərək onların qanunsuz əməllərinin qarşısı alınsa da, lakin hələ də bu kimi mənfi hallara rast gəlinməkdədir. Asan yolla çoxlu miqdarda qazanc əldə etməyi düşünən işbazlar regionlardan at və eşşək ətlərini paytaxta gətirərək onu dana əti adı ilə insanlara satırlar. Ancaq bəzən bir çoxları iddia edirlər ki, at və eşşək ətindən istifadədə heç bir problem yoxdur. Bu kimi şəxslər istinad nöqtəsi kimi İslam dinini götürür və iddia edirlər ki, dində eşşək ətindən istifadəyə heç bir qadağa yoxdur. Bəs görəsən bu barədə ekspertlər nə düşünür? İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyir ki, rəsmi olaraq bu günlərdə belə hallar aşkarlanıb və hər halda onların hamısını cəzalandırmaq vacibdir. Əkrəm Həsənov bildirir ki, eşşək minmək üçündür: "Şükr Allaha nə gəlib yenək üçün yaradılan heyvanlara. Çünki, Allah və Peyğəmbəri bizə deyirsə ki, sən filan əti yemə deməli onu bizə yedizdirən bizim düşmənimiz ola bilər. Düzdür, Quranda konkret eşşək ətinin adı çəkilmir, yeyilməsinin haram olması yazılmayıb, ancaq bunun yazılmasına ehtiyac yoxdur. Çünki, insana ağıl, şüur verilib. Özü müəyyən etməlidir ki, nəyi yesin, ya yeməsin. Sözüm onda yox. Biz də, bizim hökumətimiz də belələrinin cəzasını aşkar etdikdə verməliyik. O ki, qaldı eşşək ətinin halal və haram olması. Bu bilinsin ki, eşşək əti şəriətdə haramdır və onun halal olması barədə dəlil yoxdur. Allah təala əti yeyiləcək heyvanları Quranı Kərimdə bizə bildirib. Onun növlərini və detallarını isə Peyğəmbərimiz bizə öyrədib. Eşşək ətinin haram olması həm Qurandan müqayisə edərək, həm də hədislərdən açıq aşkar götürülüb. Necə. Gəlin səhih və etibarlı hədislər acısından baxaq. Həzrəti İmam Əli (Allah ondan razı olsun) belə deyib: "Rəsulullah (ona və ailəsinə salam olsun) Xeybər döyüşü günü qadınlarla siğə etməyi və ev eşşəklərinin ətini yeməyi bizə həmişəlik qadağan etdi" (Buxari, Mağazi 65). Möhtəşəm böyük qədim islam alimi  Şeybani deyir: "Abdullah bin əbu Əfvaya ev eşşəklərinin ətlərini yeməyin hökmünü soruşdum. O dedi: "Xeybər döyüşü günü Rəsulullah (ona və ailəsinə salam olsun) ilə birlikdə olduğumuz zaman möhkəm aclıq gəldi. Düşmənin şəhərdən çıxan eşşəklərini tutub onları kəsdik. Həqiqətən də kəsdiyimiz ev eşşəklərinin ətləri qazanlarımızda qaynayırdı. Rəsulullahın bizə döyüşdə xəbər gətirəni yanımıza gəlib bizə dedi ki, "qazanları çevirib içindəkiləri tökün yerə. Eşşək ətindən bir loxma belə qəti olaraq yeməyin". Mən də öz-özümə dedim ki, "görəsən Allah rəsulu bunları niyə qadağan edib ki?"
Abdullah bin Əbu Əfva deyir ki, biz bu məsələni başladıq öz aramızda müzakirə etməyə. Bəzilərimiz dedik ki, Allah Rəsulu bunu açıq aşkar haram etdi, bəzilərimiz də dedik ki, düşmənlərimizdən qənimətin beşdə birini tam almadığımız üçün bizə haram etdi" (Buxari, Fərzul xums 20, Məğazi 38; Nəsai Sayd 31; İbn Macə, Zəbaih 13, 3192; Əhməd ibn Hənbəl, Müsnəd 4/354, 355, 357, 381). Burada səhabə demək istəyir ki, biz fərqli düşündük. Bəzilərimiz qəti olaraq əmin olduq ki, artıq bizə eşşək əti haram edildi. Bəzilərimiz isə elə anladıq ki, sadəcə digər yarım qalan qənimətləri də götürmədiyimiz üçün bizə ümumiyətlə həmin ətdən yeməyi qadağan etdi.

Bəra bin Azib (Allah ondan razı olsun) demişdir: 
"Rəsulullah (s.ə.s) bizə istər çiy olsun, istərsə də bişmiş olsun bütün ev eşşəklərinin ətlərini atmağımızı əmr etdi. Sonra bir daha bizə ev eşşəklərinin ətini heç zaman yeməyəcəyimizi əmr etdi" (Buxari, Məğazi 38; Nəsai Sayd 31; İbn Macə, Zəbaih 13, 3194; Əhməd ibn Hənbəl, Müsnəd 4/297). Abdullah ibn Abbas (r.a) rəvayət edir: 
"Rəsulullahın (s.ə.s) eşşək ətini qadağan etməsinin səbəbinin; insanların daşıma vasitəsi olması səbəbi ilə insanların əlindən yük daşıma vasitələrinin tükənməsi qorxusundanmı, yoxsa Xeybər günü qənimət malı olaraq beşdə bir bölgüsünün edilmədiyi üçünmü haram edildiyini bilmirəm" (Buxari, Mağazi 38)". İlahiyyat üzrə fəlsəfə doktoru deyir ki, bundan başqa ev eşşəklərinin yeyilməsinin haram, yəni qadağan olması barədə saysız hesabsız hədislər var: "Bu hədislər şiə mənbələrində daha çoxdur. Bu hədisləri şərh edən alimlər yekdil qərara gəliblər ki, eşşək əti yemək haramdır. Qeyd edək ki, eşşək ətinin haram olmadığını söyləyən alimlər də var".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31