Gənclər üçün uğurlu peşə seçiminin asan yolu – Təlim
24 Oktyabr 2018 11:55 Sosial"Üfüq" gənclərin inkişafı naminə ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclər arasında peşə təhsilinin təbliği istiqamətində təlimlərin təşkil edilməsi" adlı layihəsi çərçivəsində ikinci təlim təşkil olunub.
Olaylar.az bildirir ki, layihənin əsas məqsədi yeniyetmə və gənclərin müxtəlif peşələr haqqında nəzəri və praktiki biliklərinin artırılmasıdır.
Layihə çərçivəsində Samux rayon Heydər Əliyev Mərkəzində ikinci tədbir keçirilib. Tədbirdə layihənin koordinatoru Gülnar Məmmədova, təlimçi Natiq Pənah iştirak ediblər.
Layihə çərçivəsində yeniyetmə və gənclər arasında peşə təhsilinə marağın artırılması istiqamətində hər qrupda 30 nəfər olmaqla nəzəri təlim keçirilib. Təlimdə günün tələbi olan peşələr (xalçaçı, dərzi, dülgər, bərbər, aşpaz və s.) haqqında geniş məlumatlar verilib, hamı həkim, müəllim, mühəndis və s. ola bilməz digər peşə sahələrində də ixtisaslı kadrlara ehtiyac vardır. Burada dahi Nizami Gəncəvinin bir kəlamə yada düşür "Kamil bir palançı olsada insan yaxşıdır yarımçıq papaqçılıqdan"Azərbaycan sosial-iqtisadi cəhətdən sürətlə inkişaf edir və buna görə də müxtəlif peşələr üzrə ixtisaslı kadrlara ehtiyac var.Təlimlərdə əsasən 8-9 cu sinif şagirdləri iştirak ediblər.