Aİİ-də tələbələrlə görüş keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Azərbaycan TələbəGənclər Təşkilatları İttifaqının (ATGTİ) tələbələrlə görüşü keçirilib. "OLAYLAR"-a təhsil ocağından bildirilib ki, görüşdə Aİİ-nin müəllim və tələbə heyəti, ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov, Tələbə Gənclər Təşkilatları ilə (TGT)  İş departamentinin direktoru Ləman Cavadova iştirak ediblər.

ATGTİ-nin icraçı direktoru Faiq Məmmədov bildirib ki, İttifaqAzərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin 2005-ci il 15 fevral tarixli Sərəncamına əsasən yaradılıb.

İttifaqın Azərbaycan Respublikasının 96 dövlət və özəl ali məktəbinin tələbəgənclər təşkilatını özündə birləşdirdiyini,bu ali təhsil müəssisələri sırasına həm paytaxt, həm də regionlarda fəaliyyət göstərən universitetlərin daxil olduğu diqqətə çatdırılıb.

Azərbaycanda milli-mənəvi dəyərlərin təbliğinə böyük əhəmiyyət verildiyini qeyd edən F.Məmmədov Azərbaycan İlahiyyat İnstitutu tələbələrinin TGT vasitəsilə bu istiqamətə töhfələr verə biləcəklərini vurğulayıb. F.Məmmədov  Azərbaycan tələbə kartı barədə geniş məlumat verib, kartın üstünlüklərini diqqətə çatdırıb.

Tədbirdə ən yaxın zamanda Aİİ-də Tələbə Gənclər Təşkilatının yaradılması qərara alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31