Azərbaycanlı model ərəb şeyxinin qızından evlilik təklifi almasından danışdı
23 Oktyabr 2018 15:13 SosialAzərbaycanlı model Əli Hüseynov ərəb şeyxlərindən birinin qızından evlilik təklifi almasından danışıb.
Musavat-a açıqlama verən model bildirib ki, ərəb ölkələrində populyar olduğu üçün qadınların diqqətini çəkməyi bacarır:
"Ərəb şeyxinin qızından evlilik təklifi almışam. Xanım mənə mesaj bölməsində yazdı, evlənməyi təklif etdi. Fotolarım ərəb ölkələrində çox populyardır, sosial şəbəkədə tez-tez paylaşılır. Təklifə müsbət cavab vermədim. Azərbaycan qızlarını dünyanın heç bir yerindəki qızlara dəyişmərəm".
Qeyd edək ki, sosial şəbəkə fenomeni olan Ə.Hüseynov "Mister Azerbaijan 2017" müsabiqəsinin də qalibidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31