Məktəblərdə cinsi tərbiyənin tədrisinə ehtiyac varmı? – Ekspertlər DANIŞDI

Üç ildir pilot layihə kimi orta məktəblərdə keçirilən cinsi tərbiyə dərsinin bu ildən ölkə üzrə tam tətbiqinə başlanacaq. Tədrisdə məqsəd demoqrafik vəziyyəti qorumaq, infeksyon xəstəliklərin qarşısını almaq üçün reproduktiv sağlamlıq haqqında gənclərin biliklərinin artırılmasına nail olmaqdır. Məlumata əsasən tədris vəsaitini "Biologiya" və "Həyat bilgisi" müəllimləri tədris edəcək.6-cı sinifdən başlayaraq tədris olunan reproduktiv sağlamlıq haqqında dərsə ümumilikdə 8 saat ayrılıb.

Olaylar.az məktəblərdə cinsi tərbiyə dərsinin tədrisi ilə əlaqədar olaraq təhsil üzrə ekspertlər və psixoloqlar arasında sorğu keçirib. Sorğuda  məktəblərdə bu dərsə ehtiyac olub -olmadığı, sinif olaraq, 6-cı sinifdən başlayaraq tədris edilməsi nə dərəcədə doğru olduğu sualına aydınlıq gətirilib.

Təhsil üzrə ekspert Kamran Əsədov cinsi tərbiyə dərslərin keçilməsi vacib və lazımlı olduğunu qeyd edir: "Xüsusi qeyd edim ki, cinsi və ya seksual tərbiyə dərsi intim həyatın necəliyindən ibarət deyil. Hamı cinsi tərbiyə dedikdə uşaqlara nə isə tərbiyəsiz bir mövzu keçiləcəyini düşünür. Orada pornoqrafiya, erotikadan söz getmir. Bu geniş bir anlayışdır, orada bir qızın özünü qadın, oğlanın isə kişi haqqında olan dərsləri deməkdir. Çünki Azərbaycanda indiki zamanda bir çox ailələrdə vəziyyət çox pisdir. Nə qadın, nə də kişi ailədə funksiyalarını düzgün yerinə yetirmir. Bu dərsdə biologiya, fiziologiya deyil, kifayət qədər sosioloji və psixoloji məqamlar var. Məsələn, oğlanlara kişi kimdir, necə olmalıdır, onun ailədə rolu, həmçinin qızlara necə qadın, ana olmaq lazımdır, onun ailədə rolu tədris olunmalıdır. Bir sözlə, seksual tərbiyə bu deməkdir. Məsələn, yetkinlik yaşına çatanda həm qız, həm də oğlanların orqanizmində dəyişiklik yaranır. Böyük əksəriyyət məlumatsız olduğundan, utandığından heç nə soruşmur və baş verənləri qorxu ilə qarşılayırlar. Hətta intihara cəhd edən uşaqlar da olur. Bütün bunlar uşaqlara düzgün cinsi tərbiyənin verilməməsindən irəli gəlir".

Ekspert bildirir ki, burada əsas narahatlıq doğuran səbəb bu dərsi tədris edəcək mütəxəssislərlə bağlıdır. "Bu, çox həssas və təhlükəli məsələdir və proqramı işləyib hazırlamaq çox böyük həssasiyyət tələb edir. Baxmayaraq ki, bu dərs uşaqlara vacibdir, ancaq bu işi üzərinə götürən şəxslərin onun öhdəsindən nə dərəcədə gələcəkləri tərəddüd yaradır. Həqiqətən, azərbaycanlı məktəbliyə bu lazımdır, yoxsa yox. Çünki bizlər konkretinsanlarıq. Heç vaxt gələcəyi düşünmürük. Ona görə də biz bu məsələlərə barmaqarası baxırıq. Bu dərslər vacibdir, əgər onu düzgün qursaq, nəvələrimiz düzgün böyüyəcək. Qızlarımız çölə atılmayacaq, evdə döyülməyəcək, söyülməyəcəklər. Digər bir problem isə Azərbaycan oğlanlarında kişi anlayışının olmaması ilə bağlıdır. Bunun isə ən başlıca səbəbkarları - qadınlardır, daha dəqiq analardır. Çünki onlar övladlarını düzgün böyütmürlər. Anaları oğullarını həddən ziyadə infantil (uşaqlıq dövrünün xüsusiyyətlərini saxlayan) böyüdürlər. Onlar unudurlar ki, oğlan özünü kişi, qız da özünü xanım kimi hiss etməlidir. Dünya təcrübəsində bu fənn və biliklər öyrədilir. Xarici ölkələrdə uşaq bağçasından bu tərbiyə başlanılır. Çünki hər yaş kateqoriyasının öz seksual problemləri var. Məktəblərdə xüsusi psixoloqlar mürəkkəb cinsi məsələlərin maarifləndirilməsini aparmalıdırlar, çünki bu həm tibbi, həm mənəvi-psixoloji, həm də fiziki problemdir. Hesab edirəm ki, hazırda cəmiyyətin üzləşdiyi kriminalın, boşanmaların, eləcə də zorakılıq faktlarının kökündə insanların seksual tərbiyəsinin olmaması durur. Amma bu kimi vacib bilik və bacarıqlar mütəxəsislər tərəfindən keşirilsə, problemlərin sayı kəskin şəkildə azalar".

Vacib bir məqamı xüsusi vurğulayan Kamran Əsədov 6 - cı sinifdən etibarən şagirdlərə tədris olunan fənlər əhatə dairəsinə görə yeni müstəviyə qədəm qoyduğunu və pedaqoji normalara görə 6-cı sinifdə oxuyan şagirdlərin bilik və bacarıqları təklif olunan fənnin ilkin məlumatlarına malik olmağa imkan verdiyini qeyd edir: "Təbbi ki, yuxarı siniflərdə daha geniş və fundamental elmi və mədəni məlumatlar veriləcəyinə görə 6-cı sinifdən başlaması anlaşılandır. Bu digər fənlərə də aiddir. Bundan başqa nəzərə alsaq ki, şagirdlərin dərsdən yayınması, onların təhsillərini başa vurması 6-9 -cu siniflərdə daha çox üstünlük təşkil edir, ona görə də, onları bu bilik və bacarıqlardan məhrum etməmək üçün 6-cı sinifdən başlanması normaldır. Digər tərəfdən də nəzərə alsaq ki, insanlar məhz 6-cı sinfdə oxuyanda onların fiziki inkişaf etmə dövrü başlayır, deməli bu yaşda başlanması normaldır. Çünki bu yaşdan etibarən ortaya çıxan fiziki inkişaf elə bağlı proseslər ciddi fəsadlar yarada bilər".

Peşəkar Psixologiya Mərkəzinin rəhbəri psixoloq Nuriyyə Quliyeva bu qərarı çox müsbət qiymətləndirir: "Cinsi tərbiyə fəninin tədrisi və buna təşəbbüs çox gözəl adımdır. Son dövrlər baş verən hadisələr, uşaqların və yeniyetmələrin məlumatsızlığı bu fənin tədrisinə ehtiyac yaradırdı. Cinsi tərbiyə haqqında məlumatsızlıq bir çox fəsadlara gətirib çıxarardır. Adətən bizim milli mentalitetimizdən irəli gələrək uşaqların cinsi mövzularda yaranan sualları cavabsız qalırdı. Valideyinlər sualı cavablandırmaq yerinə, "ayıbdı", "sən hələ balacasan", "belə suallar vermək olmaz" və.s  bu kimi ifadələr işlədirdilər. Əslində isə uşaqların cinsi tərbiyəsinə daha erkən yaşda başlamaq lazımdır. Çünki 3-5 yaş arası uşaqlar öz cinsinin fərqinə varırlar. 4-5 yaşlı uşaq isə artıq cinsiyyət üzvünü kəşf edir. Bununla bağlı valideyininə sual verə bilərlər. Valideyin bu sualları cavablandırmaq yerinə, sualdan yayınarsa, diqqət yenə də  həmin mövzuya yönəlir və sualın cavabını axtarmağa çalışırlar. Bu cür fərqliliklər və dərin suallar yeniyetmə dövründə daha çox meydana gəlir. Çünki bu dövrdə həm də fzioloji dəyişikliklər baş verir. Fzioloji dəyişikliklər haqqında uşaqlara bilgi verməsi çox yaxşı olardı. Çox vaxt valideyinlər bu kimi sualların cavabını zamana buraxır, övladları ilə aralarına məsafə qoyurlar. Bəzən isə uşaqlar fzioloji dəyişik zamanı travma alırlar. Bu baxımdan onlar bu istiqamətdə maariflənməlidirlər. Baş verə biləcək dəyişiklik haaqında öncədən məlumatlı olmaq bir çox problemlərin qarşısını öncədən alır."

Psixoloq Nuriyyə Quliyeva cinsi tərbiyə fənin tədrisində isə valideyinlərin danışmadığı, ayıb hesab elədiyi məlumatları uşaqlara elmi məlumat kimi ötürüləcəyini qeyd edir: "Burada onlar qarşı cins, onlara yanaşma və ən əsası da necə yanaşma haqqında daha doğru cavabı alacaqlar. Deyərdim ki, atrıq uşaqlar və yeniyetmələr şəxsi sahələri, bu şəxsi bölgələrə kimlər yaxınlaşa bilər haqqında ətraflı məlumatlanacaqlar. Qeyd olunan sahəyə valideyinlər və valideyinlərin nəzarəti altında həkimlər yaxınlaşa bilərlər. Digər insanların bu bölgələrə yaxınlaşmasının doğru deyil. Cinsi tərbiyənin mütəxəssilər tərəfindən tədris olunması yeniyetmələrin münasibətlərini sağlam tənzimləməsində də əsaslı rol oynayacaq. 6 -cı sinfdən bu fənin tədrisinə başlanılması çox normaldır. Səhv etmirəmsə, fənn qızlara və oğlanlara ayrı-ayrı tədris olunacaq. Bu çox yaxşı halddır. Uşaqlarla cinsi mövzuda olan söhbətləri psixoloqların aparması yaxşı olardı.  Psixoloqlar söhbətlər zamanı uşaqların yaş kateqoriyasını, psixoloji durumlarını və problemlərini nəzərə alırlar."

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31