“Bakı Natiqlik Məktəbi” layihənin icrasını başa çatdırıb

"Bakı Natiqlik Məktəbi" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Vətəndaş cəmiyyəti institutlarının inkişafına dair təlimlərin təşkili" mövzusunda layihənin icrası başa çatıb.  "OLAYLAR"-a daxil olan məlumata görə, son 3 təlim əsasən praktik məşğələlərdən ibarət olub və bu təlimlərdə nitq mədəniyyətlərini inkişaf etdirmək istəyən vətəndaş cəmiyyəti təmsilçiləri, internet televiziyaların aparıcıları, politoloqlar iştirak ediblər. Ümumilikdə isə layihə çərçivəsində 5 təlim keçirilib.

Təlimlərdə "Bakı Natiqlik Məktəbi" İctimai Birliyinin sədri, politoloq Elçin Mirzəbəyli, ictimai birliyin eksperti Cavid Şahverdiyev, təlimlərdə qonaq kimi iştirak edən Peşəkar Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin sədri Elxan Şahinoğlu və digərləri iştirakçılara nitq mədəniyyətini inkişaf etdirməyin yolları haqqında danışıblar, tövsiyyələrini veriblər. 

Layihənin başa çatmasına baxmayaraq, "Bakı Natiqlik Məktəbi" İctimai Birliyi çoxsaylı müraciətləri nəzərə alıb və prosesi davam etdirmək niyyətindədir. 
Bu məqsədlə "Bakı Natiqlik Məktəbi" İctimai Birliyinin sədri Elçin Mirzəbəyli oktyabrın 27-də Elxan Şahinoğlunun dəvəti ilə Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzində gənc politoloqlara təlim keçəcək. Daha sonra təlimlər öncədən razilaşdırılmış qrafikə uyğun olaraq, ayrı-ayrı KİV redaksiyalarında davam etdiriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31