Çeyildağ qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
22 Oktyabr 2018 13:49 SosialQaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Çeyildağ qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər. Keçirilmiş səyyar qəbulda 150-dən çox qəsəbə sakinləri iştirak edib. Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirmişlər. Qəsəbə sakinlərindən 12 nəfəri fərdi qaydada dinlənilib.
Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.