Qərargah: Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır - VİDEO

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyitərəfindən yaradılan Qərargahın məlumatında deyilir.

"Sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmənin qaş hissəsində kəsilmiş yamacda asılı vəziyyətdə qalan süxur kütləsinin yamac boyu hərəkəti müşahidə edilir. Sürüşmənin qaş hissəsində kəsilmiş yamacda yeraltı suların əlamətləri qeydə alınıb. Bu da sürüşmənin aktivliyinin göstəricisidir. Sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda qismən genişlənmə müşahidə olunub. Sürüşmənin təsir dairəsində divarlarda quraşdırılmış  mayaklarda dinamik dəyisiklik qeydə alınmayıb", - deyə məlumatda qeyd olunub.

Bundan əvvəl Badamdarda süxurların yola doğru hərəkəti yenə də müşahidə edilib.

REPORT

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31