Uşaq 5 yaşına qədər yalan danışıbsa...
20 Oktyabr 2018 09:18 SosialKanadalı alimlər müəyyənləşdiriblər ki, çox vaxt uşaqları yalan söyləməyə vadar edən səbəblərdən ən əsası ailədaxili münasibətlərdir. Uşaqlar valideynlərdən çəkindikləri üçün yalan danışırlar.
Bəzən də sərbəst olmaq üçün yalanı istifadə edirlər. 3-4 yaşındakı uşaqların tez-tez söylədikləri yalanlar, əslində yalan sayılmır. Bu yalanlar oyun məqsədi ilə söylənilir. 5 yaşına çatmayan uşağın yalan danışması valideynlərini narahat etməməlidir. Doğru danışmağa meyl uşaqda tədricən inkişaf edir. Bundan başqa, valideynlərə də məsləhət görülür ki, uşağı yalan danışdığını bildiyi halda həyəcanlanmasın. Uşaq 5 yaşına çatanda yenə də yalan söyləyirsə, ananın uşağa "sən mənə həqiqəti söyləyənə qədər, səni gözləyəcəyəm" deməsi lazımdır. Sərt cəzalarsa uşaqları daha çox yalan danışmağa sövq edir.
Uşaq özünə aid olmayan hadisələrə özünün xəyal gücünü də qataraq yalandan hekayələr uydurur. Onlarda yalan danışmağın qarşısını almaq üçün öncə yalanın növünü müəyyən etmək lazımdır. Yalan danışmağa vadar edən səbəblər məlum olandan sonra təhlil edilməlidir.