"Bakı Metropoliteni" QSC-də yüksək balla ali təhsil müəssisələrinə qəbul olunmuş metropolitençi övladları ilə görüş keçirilib
19 Oktyabr 2018 17:27 Sosial"Bakı Metropoliteni" QSC-də metropolitençilərin 500 və daha yüksək balla ali məktəblərə daxil olmuş övladları ilə görüş keçirilib. Qurumun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, "Bakı Metropoliteni" QSC-də işçilərin sosial rifahının gücləndirilməsi istiqamətində davamlı aparılan işin tərkib hissəsi olan bu tədbirin məqsədi metropolitençi ailələrində yetişən gənc nəslin təmsilçilərinin biliyə, təhsilə, elmə marağını həvəsini artırmaq, onların qayğılarını diqqət mərkəzində saxlayaraq gələcək uğurlarına inam hissi yaratmaq və stimul verməkdir.
"Bakı Metropoliteni" QSC-nin texnoloji korpusunda təşkil edilmiş tədbirdə səhmdar cəmiyyətin sədr müavini Hidayət Məmmədov, insan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov, Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədri Arif Mərdanov, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov, tədbirin səbəbkarı olan 27 tələbə, onların valideynləri və metropolitenin sosial həyatında fəal olan işçilər iştirak ediblər. Tədbirdə dəvət olunmuş qonaq qismində Azərbaycan Respublikası Təhsil Nazirliyi aparat rəhbərinin müavini Yaqub Piriyev iştirak edib.
Sonra səbəbkarlara qiymətli hədiyyələr təqdim edilib.